Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sitrus meyvələrindən kivi dərini gözəlləşdirməyə təsirlidir

Məlumata görə Cənubi Çin, Hindistan, Yeni Zellandiya, Türkiyə kimi bir çox ölkələrdə becərilən kivi XIX-cu əsrdən daha çox tanınmağa başlayıb.
Türkiyədə isə 1980-ci ildən məşhurdur.

Atatürk Universitetinin araşdırmalarına görə xolesterol, yüksək təzyiq, qəbizlik, asma, grip infeksiyaları kimi bir çox xəstəliyə təsirlidir. Tədqiqatın nəticələrinə ​​görə gündə ən az bir dənə kivi yemək immunitet problemi olanlara xeyirlidir. Digər meyvələrə baxdıqda tərkibi vitamin-minerallarla nisbətən zəngindir. Cildə qulluq üçün istifadə edilə bilər. Dilimlənmiş kivi dəriyə qoyulduqda cildi qidalandırır və nəmləndirir. Suyu çıxarıldıqdan sonra əldə edilən püresi isə köhnəlmiş və qırışmış dəri üçün tətbiq edilə bilər. Həkimlərin fikirlərinə görə, kivi onkoloji xəstəliklərinin profilaktikasında böyük rol oynayır. Ürək-damar sistemi üçün faydalıdır. Tərkibində faydalı mikroelementlərin sayına görə arterial təzyiqi normallaşdırır. Bundan əlavə kivi damarların və kapilyarların divarlarını möhkəmləndirir və damarlarda trombların əmələ gəlməsinə mane olur, orqanizmi ziyanlı xolesterindən azad edir.

Onuda qeyd etmək lazımdır ki, azkalorili olduğundan artıq çəkiyə kömək edir. Öz çəkisindən narazı olanlar fikirləşmədən bu meyvəni qəbul edə bilərlər. Bu meyvə orqanizmdə olan piyləri əritməyə də təsirlidir. İnsanın immun sitemini möhkəmləndirir, orqanizmin müdafiə və bərpa funksiyalarını gücləndirir, orqanizmin streslərə qarşı davamiyyətini yüksəldir.

Bu meyvənin sağlamlıq üçün aşağıdakı faydaları var:

- Qrip, soyuqdəymə kimi xıstəliklərə yaxşı təsir göstərir;
- Pis xəstəliklərə tutulma riskini önləyir;
- Antioksidant xüsusiyyəti ilə tanınır;
- Lif nisbəti çox olduğundan qəbizliyi önləyir;
- Təzyiq və xolesterolu aşağı salır;
- Qan azlığına təsirlidir;
- Xırda damar quruluşunu qüvvətləndirir;
- Qandakı yağ səviyyəsini aşağı salır;
- Qan təzyiqini nizamlamağa kömək edir;
- Ürək və damar sağlamlığı üçün əhəmiyyətlidir;
- Göz sağlamlığı üçün də istifadə edilə bilər.

Bu möcüzəvi giləmeyvədə müxtəlif vitamin və mikroelementlər də vardır. Bəzi mütəxəssislərin fikrincə kivi, C vitaminin miqdarına görə sitrus meyvələri arasında öz çəkisini qoruyur. Sağlamlıqla əlaqədar hazırlanan bir sıra məlumatlarda isə bu meyvənin tərkibində B2, B3, B9 (fol turşusu), B6, A, E, PP vitaminlərinin olduğu da bildirilir. Bundan əlavə maqnezium, kalium, dəmir, fosfor, yod, mis, sink də vardır.


Tarix: 21.01.2015 / 17:44 Müəllif: Aziza Baxılıb: 69 Bölmə: Qidalanma və Dieta
loading...