Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çəki artıran 5 qidalanma səhvi

Sağlam qidalanma haqqında bir çox yazı yazılır. Bu baxımdan məsləhətdir ki, həmin mövzuda ən yaxşısı mütəxəssislərdən yardım alasınız.
Türkiyədə pəhriz sahəsində fəaliyyət göstərdiyi bildirilən Dr. Mehmet Öz çəki artıran 5 qidalanma səhvi haqqında danışıb. Onun sözlərinə görə:
- Tərkibində süni dadlandırıcı olan qazlı içkilərdən uzaq durmaq lazımdır. Əgər qazlı içkiləri sevirsinizsə limonlu mineral suları seçim edə bilərsiniz.
Cola, Sprite kimi şəkərli və qazlı içkilərdən istifadə etmək olmaz.
- Pəhriz saxlayarkən hər şeyin fərqində olmaq vacibdir. Fikir verilmədən azaldılan kalori çəki almanızı təmin edər. Bu baxımdan həftədə yarım kilo vermək istəyirsinizsə həftəlik 3 min 500 kalori xərcləməyiniz lazımdır.
- Yağlı souslar artıq çəkiyə gətirən səbəblərdən biridir. Makaron imtina edilməz qida siyahınızda varsa, yağsız qatıqla yeməyi sınaqdan keçirin. Ayrıca makaronuı süzdükdən sonra yağlamayın.
- Axşam saat 8:00-dən sonra yemək yemək təbii olaraq kilo almanızı təmin edər. Çünki saat 8:00-dən sonra maddələr mübadiləsi yavaşlayır. Bunun üçün kilo almaq istəmirsinizsə axşam yediklərinizə diqqət yetirməniz vacibdir.
- Yağ nisbəti aşağı olan qidalardan istifadə zamanı dadlandırıcı və kimyəvilərə ehtiyac duyulur. Bunlar isə son nəticədə artıq çəkiyə səbəb olur.
Bundan əlavə yağ nisbəti aşağı olan qidaların tərkibində tam yağlı qidalardan daha çox kalori olur. Məhz, bu baxımdan bütün bunlara diqqət etmək lazımdır.


Tarix: 21.01.2015 / 13:37 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Qidalanma və Dieta
loading...