Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gündəlik nə qədər kalori alınmalıdır?

Maddələr mübadiləsi, bədənin təməl funksiyalarını davam etdirə bilmək üçün bir gündə ehtiyac duyulan minimum enerji miqdarıdır.
İstirahət anında bədənin kalori xərcləmə sürətinə baxılaraq qiymətləndirilir və adama görə müxtəlif olur.
Yemək yemək, yatmaq, təmizlik işləri görmək və s. bu kimi bənzəri fəaliyyətlər əsnasında bədənimiz davamlı olaraq kalori yandırır.

Maddələr mübadiləsinin sürətli olmasının kilo alıb vermədə əhəmiyyətli təsiri var. Bazal maddələr mübadiləsi sürətiniz nə qədər aşağıdırsa kilolu olma ehtimalınız o qədər yüksəkdir. Çox çəkiniz varsa ilk işiniz maddələr mübadiləsini sürətləndirmək olmalıdır. Bunu etmək üçün də əzələ toxumasını artırmaq lazımdır. Əzələ toxumanız nə qədər çoxdursa maddələr mübadiləsi də bir o qədər sürətlidir.
Bu səbəbdəndə nizamlı məşqlər maddələr mübadiləsini sürətləndirmək və bədən funksiyalarının daha mükəmməl olmasını təmin etmək sağlam həyat üçün vacib şərtlərdən biridir.

Maddələr mübadiləsi zəif olan kəslər daha tez kökəlir və artıq çəki alır.
Artıq çəkidən azad olmaq üçün əsas şərt, xərclənən kalori miqdarının alınan kalori miqdarından çox olmasıdır.


Tarix: 21.01.2015 / 12:43 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Qidalanma və Dieta
loading...