Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Qönçə görsə ləbini, ağzını pünhan eylər"

Qönçə görsə ləbini, azğzını pünhan eylər,
Lalə tək bağrını ləlin-həvəsi qan eylər.

Güli-rüxsarına bülbüllər olubdur mail,
Gecə-gündüz bu səbəbdəndi ki, əfqan eylər.

Arizin içrə yəqin zülfünü görmüş sünbül,
Günəş içrə səri-zülfünü pərişan eylər.

Verir İsa kimi min mürdəyi-sədsaləyə can,
Hər zaman ləblərini kim şəkərəfşan eylər.

Bu cəfapişə əlindən cigərim qan olmuş,
Hər baxanda üzünə könlümü viyran eylər.

Bu qədər cövrü cəfa çəkmisən ol məhrudən,
Qasir axirdə sənin dərdinə dərman eylər.


Tarix: 30.03.2013 / 15:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 118 Bölmə: Qezeller
loading...