Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Bir məlahət gülşənində yarı gözlər gözlərim"

Bir məlahət gülşənində yarı gözlər gözlərim,
Bəhri-dür qəvvasiyəm mirvari gözlər gözlərim.

Feyzinin müştaqi çeşmim müttəsil bidardır,
Ol təriqət mürşidi Nigari gözlər gözlərim.

Saqiya,ver bir qədəh artır gözüm fəvvarəsin,
Çün sənin sərməstinəm,xummari gözlər gözlərim.

Qılma inkarın,həsuda,aşiqin məhbubi var,
Var olalı yox demə,bir varı gözlər gözlərim.

Eşq sərfindən,həbiba,bir mətaim var mənim,
Bu mətai satmağa bazari gözlər gözlərim.

Şükrlilləh,çün Vəhidi saqidən sərməstdir,
Məsti-lütfi-vəhdətəm didari gözlər gözlərim.


Tarix: 30.03.2013 / 15:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Qezeller
loading...