Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Təngə gəlmiş, könül, aləm sənin əfqanından " qəzəli

Təngə gəlmiş, könül, aləm sənin əfqanından,
Nə şikayət eləyirsən yenə dövranından?

Bəlkə bir gün doğa bəxtin günəşi, həsrətlə
Bax çıxıb can evinin hər səhər eyvanından.

Əsdirir qəm küləyin lənətə gəlmiş dövran,
Sovurur ömrümüz əyyamını xırmanından.

O kərəm sahibinin tut ətəyindən daim,
Üzmə ümmid əlini sevgili cananından.

Naşükür olmaginən, nemətə şükr et, Yasin!
Ruzidir, etmə giley bir dəxi hicranından.


Tarix: 27.03.2013 / 19:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 86 Bölmə: Qezeller
loading...