Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Arifəm söz tuturam bizəban ağzından mən " qəzəli

Arifəm söz tuturam bizəban ağzından mən,
Alıram çiskini dağ tək duman ağzından mən.

Ay sənə qurban olum, yaxşı ki, döndün gəldin,
Həsrətin güclə qutardım, inan ağzından mən.

Əlləri göydə anam sübh namaz üstündəymiş,
Ki, qəmin qurtula bildim ilan ağzından mən.

Üz tutub üstümə düz gəldi açıb dərd ağzın,
Aldım, əlbəttə, onun düz nişan ağzından mən.

Udulur günləri ömrün, daha olmaz dərdim,
Kaş alaydım onu bir gün zaman ağzından mən.

Açıb ağzın qara bəxtim qoyub allah yoluna,
Gəlmişəm təngə bu bəxtin yaman ağzından mən.

Mənə dövran nə deyir əqlimə batmır, Yasin,
Dəmbədəm çünki eşitdim yalan ağzından mən.


Tarix: 27.03.2013 / 19:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 158 Bölmə: Qezeller
loading...