Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Sal çöllərə öz Qeysini nalan elə sən də " qəzəli

Sal çöllərə öz Qeysini nalan elə sən də,
Öldür onu biryolluğa, əfqan elə sən də.

Eşqinlə könül yanmağa niyyətlidi hər gün
Ver cövrü cəfa, bağrımı büryan elə sən də.

Hər yoldan ötən bilməsin, əğyarə deyərlər,
Mən söyləmədim bir kəsə, pünhan elə sən də.

Göylər axıdır göz yaşı gülsün bu çəmənlər,
Gül, gül, gözəlim, gül, məni giryan elə sən də.

Dövran da bizim eşqə müxalifdi nədənsə,
Gəl, eşqə müxaliflərə üsyan elə sən də.

Hər cövr edə yarım, ona dözməkdi qərarım,
Yarəb, nə olar, səbrimi ümman elə sən də.

Candan çəkərəm nazını ömrüm boyu, ey gül,
Öz nazını tək Yasinə ünvan elə sən də.


Tarix: 27.03.2013 / 19:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 120 Bölmə: Qezeller
loading...