Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Sənə versin " qəzəli

Allah kəsib ömrümdən, ey afət, sənə versin,
Qul taleyini qoy mənə, qüdrət sənə versin.

Ver cövrü cəfa, naz ilə, ey gül, məni öldür,
Hakim böyük Allahdı, bəraət sənə versin.

Hicrində yanım şəm tək, ey gül, gecələr, qoy,
Çıxsın canım ahəstə ki, ləzzət sənə versin.

Xaliq səni zülm etmədə mahir yaradıbdır,
Nolar ki, bir az həm də mürüvvət sənə versin.

Hər dərdi-sərin varsa, əzizim, mənə gəlsin,
Xoşbəxt eləsin, Tanrı səadət sənə versin.

Öz canını yarın sənə qurban deyib, ey gül,
Çatmışsa əgər vaxtı nəhayət, sənə versin.

Nolar, kərəm et, üzmə gəl, al canımı bir yol,
Yasin belə xahişlə əziyyət sənə versin.


Tarix: 27.03.2013 / 19:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 184 Bölmə: Qezeller
loading...