Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Sığışmaz " qəzəli

Göz yaşım axır sel kimi, dəryaya sığışmaz,
Dərdim o qədər çoxdu ki, dünyaya sığışmaz.

Nolaydı, dedim, yarımı röyada görəydim,
Arzum, diləyim amma ki, röyaya sığışmaz.

Söz yox o gözəllər gözəli yarə münasib,
Gül surətinin tərifi mənaya sığışmaz.

Vəsf eyləməyə hüsnünü əfsanələr azdır
Könlümdəkilər bir neçə misraya sığışmaz.

Dünya dedilər səhnədir, insanlar oyunçu,
Mən oynadığım amma təmaşaya sığışmaz.

Yalvardım ona min kərə bir busədən ötrü,
Yalvarma, dedi, busə təmənnaya sığışmaz.

Divanə kimi çoxları səhraya düşübdür,
Yasin elə divanədi, səhraya sığışmaz.


Tarix: 26.03.2013 / 19:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 223 Bölmə: Qezeller
loading...