Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şərab ola mən olam,bir də nazlı dilbər ola

Şərab ola mən olam,bir də nazlı dilbər ola

Şərab ola mən olam,bir də nazlı dilbər ola,
Bir özgə aləmi vardır,əgər müyəssər ola.

Səfayi-məçlisi-mey min behiştdən artıqdır,
Bir əldə gül tuta çanan,bir əldə sagər ola.

Olanda məst zülfün nigar.nəş'əsi var,
Ümumə zövg verə bəzmi-mey,müəttər ola.

Büsatı-badədə hal əhlinin fədası olum,
Şərabı qal ilə icməəgər peyəmbər ola.

Əsiri-zülfünəm, ey şux, gəl açıqlanma,
Əsirə hörmət edərlər, əgərci kafər ola.

Nə Leyli sən kimi olmuş, nə mən kimi Məçnun,
Nə karədir gəlib onlar bizə bərabər ola?

Görəndə, Vahid,üzün yarımın əsir könlüm,
Nə növ'i sakit olur od olsa, səməndər ola?!


Tarix: 26.05.2013 / 20:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 257 Bölmə: Qezeller
loading...