Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Baharlı oymağı

Oymağın tarixi
Orta çağda oğuzların tərkibində Orta Asiyadan Yaxın Şərqə və Azərbaycana gəlmiş türk tayfasıdır. "Baharlı" etnik t ermininə ilk dəfə XV yüzilə aid qaynaqlara təsadüf edilir. Vladimir Minorski qeyd edir ki, Barani (və ya Baranlı) digər bir adının Baharlı olduğu və İva boyundan ayrılmış, Qaraqoyunlu tayfa ittifaqına daxil olan oymaqdır. C. Malkolma görə, "Əmir Teymur tərəfindən Suriyadan Fars əyalətinə gətirilmiş" əslən Şamlıların bir qoludur.
Baharlılar Qaraqoyunlu tayfa ittifaqında hakim mövq e tutmuşdular. Qaraqoyunluların süqutundan sonra baharlılar Ağqoyunlulara tab e olmaq istəməyərək Xorasana g edib, t eymurlulara sığınmışdırlar. Uzun Həsənin ölümündən sonra (1478) onların Qaraqoyunlu dövlətini bərpa etmək təşəbbüsü nəticə v ermədi. Baharlıların bir hissəsi Babura qoşularaq Hindistana g etmiş, orada Qütbşahlılar dövlətini yaratmışdılar, digər qismi isə Xorasanda qalıb, Səfəvilər dövlətində İran və Azərbaycanın siyası həyatında fəaliyyət gətirmişdilər. XVI yüzilin axırlarında baharlılar şahs evənlərə qoşulmuşdular.

Qaraqoyunlular dövləti yıxıldıqdan sonra baharlıların bir hissəsi Ağqoyunlulara tab e olmadı. Onlar Əlişükür bəy Baharlıların oğulları Pirəli bəy, Bayram bəy və Yarəli bəy ilə birlikdə Xorasana köcərək Sultan Hüs eyn Bayqaranın xidmətinə daxil oldular. Ağqoyunlu Uzun Həsən onların təslim edilməsini Bayqaradan dəfələrlə tələb etsə də, müsbət cavab ala bilmədi. Uzun Həsənin ölümündən sonra Qaraqoyunlular dövlətini bərpa etmək istəyən baharlılar 1479-cu ildə Sistan Bəm yolu ilə Ağqoyunlulara tab e olan Kirman əyalətini tutdular. Sonra Fars əyalətini də tutmaq istədilər, lakin Ağqoyunlu hökümdarı Sultan Yaqub bəy tərəfindən onların yürüşlərinin qarşısı alındı. Baharlılar Kirmana və oradan Gürgana qayıtmağa məcbur oldular. Pirəli bəy Sultan Hüs eyn Bayqara tərəfindən öldürüldükdən sonra Baharlılardan bir qismi Hindistana g etmiş və sonralar orda Qütbşahılar dövlətini təşkil etdilər. İranda qalan Baharlılar Səfəvilər dövründə öz mövq elərini qoruyub saxlamış, onların başçıları mühüm vəzifələrə təyin edilmişlər". .
Əlişəkər bəy Baharlının oğlu Pirəli və qardaşları Mirzə Məhəmmədinin (Sultan Cahanşah bəy Qaraqoyunlunun oğlu-Ə.Ç.) oğlu Ibrahimi də götürərək Xorasanın aə Mavənnəhrinin hakimləri ilə ittifaqa girib, onları Uzun Həsənə qarşı müharibə qızışdırdılar. Onlar Hisari Şadmanın hakimi olan Şah Mahmud Ibrahimin anası ilə (Paşa bəyimlə-Ə.Ç.) evləndi. Pirəli və qardaşları Xorasana qaçdılar. Onların məqsədi Əbu Səidin oğlu Əbu Bəkr ilə birləşərək və onu qardaşına qarşı qiyama məcbur etmək idi. Lakin onların əli boşa çıxdı.Oradan Qəznəyə və Hindistana g etdilər. 1478-ci ildə Uzun Həsənin ölüm xəbərini eşidib, s evincək g eri qayıtdılar.Güman edirdilər ki, Azərbaycan, Iraq və Fars onların dədə-baba torpaqlarıdır və bu torpaqlarda onlar ağalıq edəcəklər. 1479-ci ildə Sistan və Bəm yolu ilə Kirmana gəldilər.Əbu Bəkir y eni şahlığa, Cahanşahın nəvəsi Mirzə Məhəmmədinin oğlu Ibrahimi təklif etdi. O, dünya hökmranlığına can atırdı. Onlar Kirmanı və Sircanı tutduqdan sonra əhalidən nalbaha adlı v ergi yığdılar. Sultan Yaqub onlara qarşı Sufi Xəlil bəyi və başqa adlı-sanlı əmirlərini göndərdi. Pirəli və onun qardaşlarının ailələri əsir düşdü. Başlarını götürüb Gürgan və Təbəristana qaçdılar. Sultan Hüs eyn Bayqara onları əsir alıb cəzalandırdı.Əbu Bəkir öldürüldü.Pirəlinin gözü çıxarıldı. Bayramın başını kəsdilər. Ibrahim və başqa əsirləri H erata gətirdilər.

Baharlı oymağının Qaraqoyunlular dövləti dönəmində ən adlı-sanlı əmiri Əlişükür bəy idi. Bəzi farsdilli qaynaqlarda bu əmirin adı Əlişəkər bəy kimi də yazılır. Sultan Cahanşah bəyin adından Boruc erd və Nəhavəndi idarə edirdi. Sonralar bu əyalət Qolamrovi-Əlişəkkər (Əlişəkkər ölkəsi) adlandı.

Baharlı toponiminə Qarabağda rast gəlinir. Bu adlar Baharlı oymağı ilə bağlıdır. Baharlı oymağı tarixi şəxsiyyətlər, elm və mədəniyyət xadimləri yetirmişdir.. Bu şəxsiyyətlərdən Sultanqulu bəy Baharlı, Bayram xan Baharlı, Əbdürrəhim xan Baharlı, Həsən bəy Müqimi, Bayramxan bəy Abdulla xan oğlu Baharlı, Mirzə Vəli bəy Baharlı, Mirzə Haşım bəy Baharlı, İbrahim bəy Baharlı, Mirzə İsmayıl bəy Vəliyev (Baharlı), Mirzə Məmmədhəsən bəy Vəliyev, Məhəmmədəli bəy Vəlizadə (Məxfi), Abdulla bəy Vəlizadə, Nəcəfqulu bəy Vəliyev (Şeyda), Əbülfət bəy Vəli, Məhəmmədhəsən bəy Vəlili-Baharlı, Əliş bəy Vəliyev, Cabbar bəy Vəlibəyov, Sulduz Rüstəmov, Vəli Vəlizadə, Zakir Cabbar bəy oğlu Məmmədov, Səttar bəy Vəliyev, Xostan Vəliyev, Zahid Məmmədov, Məhəmməd Baharlı, tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) və başqaları daha çox tanınırlar.


Tarix: 03.02.2015 / 12:50 Müəllif: Feriska Baxılıb: 316 Bölmə: Qaraqoyunlular
loading...