Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abdulla bəy Vəlizadə

Həyatı
Abdulla bəy 1841-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Fars və rus dillərini bilmişdir.

Atası Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev Şuşada tacir kimi tanınmışdır. Anasının adı Əzəd xanımdır. Məhəmmədəli bəy Vəlizadənin kiçik qardaşıdır.

Təhsilini Şuşada alan Abdulla bəy Mir Möhsün Nəvvabın təşkil etdiyi “Məclisi-fəramuşan”ın fəal üzvü olmuş, klassik üslubda şeirlər yazmışdır.

Abdulla bəy Vəlizadə “Məclisi-fəramuşan”ın üzvü olarkən bir neçə şairlə dostluq etmiş, onlarla şeirləşmişdir. O, “Məclisi-fəramuşan”ın üzvü Həsənəli xan Qaradaği, Fatma xanım Kəminə kimi şairlərlə də şeirləşmişdir.

Abdulla bəy Vəlizadə 1863-cü ildə bəylərin siyahıya alınmasına görə Şuşada, 1873, 1886-cı illərdə əhalinin siyahıya alınmasına görə Şuşa qəzasının II Baharlı kəndində yaşamışdır.

Şuşa şəhərində yaşayan və Abdulla bəy Vəlizadənin müasiri olan Mirzə Xosrov Axundov “Ömürdən səhifələr” (Bakı, 1992) adlı əsərində, 1944-cü ildə Mir Möhsün Nəvvabın xatirəsinə yazdığı “Şuşanın çayı” adlı şeirində Abdulla bəyin adını bir neçə yerdə ehtiramla yad etmişdir. “Poetik məclislər” (Bakı, 1987) kitabına Abdulla bəyin iki qəzəli salınmış, haqqında qısa məlumat verilmişdir.

Abdulla bəy Vəlizadə təxminən 1912-ci ildə Şuşa şəhərində vəfat etmişdir.

Ailəsi
Abdulla bəyin Hüseynqulu bəy, Xanlar bəy, Həsənqulu bəy, Abbasqulu bəy, Cabbar bəy, Vəli Vəlizadə adlı 6 oğlu, Sənubər adlı 1 qızı olmuşdur.


Tarix: 03.02.2015 / 12:47 Müəllif: Feriska Baxılıb: 112 Bölmə: Qaraqoyunlular
loading...