Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müharibənin başlanması

1989-cu ilin ikinci yarısından etibarən Sovet Ordusundan qalan hərbi dəstəyə arxalanan erməni silahlı birləşmələrinin Dağlıq Qarabağ Muxtar Vilayətinin azərbaycanlılar məskunlaşmış yaşayış məntəqələrinə və müxtəlif nəqliyyat vasitələrinə hücumlar etməyə başlayırlar.

1988-ci ildə Dağlıq Qarabağda ermənilərin kompakt yaşadığı yaşayış məntəqələrindən azərbaycanlılar qovulmağa başlayır. Həmin ilin sentyabr ayında Dağlıq Qarabağın ən böyük yaşayış məntəqəsi olan Xankəndidən bütün azərbaycanlılar, Şuşadan isə ermənilər qovulur. 1988-ci il sentyabrın 21-də Qarabağda Xüsusi idarə rejimi elan olunur. Noyabr ayında eazərbaycanlıların Ermənistandan kütləvi şəkildə deportasiyası təşkil olunur. Bunacavab olaraq Bakıda kütləvi mitinqlər keçirilir. 1988-ci ildə Ermənistanda kütləvi dağıntılara səbəb olan Spitak zəlzələsi baş verir. Qarabağda Xüsusi idarə komitəsi təşkil olunur, onun başçısı isə Moskvadan təyin olunan Arkadi Volski idi. Noyabr ayında həmin komitə buraxılır. 1989-cu il iyul ayının 29-da Ermənistan ərazisində Azərbaycandan gedən qatarlara olan hücumlar nəticəsində Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsi kəsilir. Ermənistan tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının təcridinə başlanılır. Bunun əvəzində Azərbaycan SSR Ermənistanın blokadaya alınması barədə qərar qəbul edir. Bu qərar Ermənistan iqtisadiyyatına ağır zərbə vurur, belə ki, Ermənistana gələn malların 2/3-si Azərbaycan ərazisindən keçirdi. Dekabr ayının 1-də Ermənistan SSR-nin Ali Soveti qeyri-qanuni şəkildə "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin Ermənistan SSR-yə birləşdirilməsi haqqında" qərar qəbul etdi. 1990-cı ildə Ermənistan açıq şəkildə Azərbaycana qarşı işğalçılıq fəaliyyətinə start verdi. 1990-cı ilin martın 24-də ermənilər Qazax rayonunun Bağanıs Ayrım kəndini işğal edirlər. İşğal nəticəsində 10 nəfər azərbaycanlı öldürülür, 100-dən çox ev yandırılıb və kəndin sağ qalan əhalisi öz torpaqlarından qovulub. [28] 1990-cı il yanvar ayında Bakıya Sovet qoşunları yeridilir, Qanlı yanvar gecəsində 100-dən çox insan öldürülür. 20 yanvarda Ayaz Mütəllibov Azərbaycan Kommunist Partiyasının başçısı təyin olunur, ikinci katib Viktor Polyaniçko isə Dağlıq Qarabağı idarə edən xüsusi nümayəndə kimi ora göndərilir. İyul ayının 25-də Sovet rəhbərliyi Dağlıq Qarabağdakı bütün qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi əmrini verir. 1991-ci ilin əvvəlində ermənilərin Qazax və Göygöl rayonlarına olan hücumları intensivləşdi. Erməni silahlı quldur dəstələri azərbaycanlıların yaşadığı kəndlərə daha tez-tez hücum edərək onları yandırır, dinc əhalini güllələyirdilər. Buna cavab olaraq Sovet ordusu və Azərbaycan XTPD-si həmin rayonlarda erməni silahlılarına qarşı Çaykənd əməliyyatını həyata keçirir.

Ermənistanın işğalçılıq siyasətini pərdələmək məqsədilə 1991-ci il sentyabr ayının 2-də erməni separatçıları Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda qeyri-qanuni olaraq "Dağlıq Qarabağ Respublikası"nın qurulmasını bəyan etdilər.

Sentyabr ayının 23-də Ermənistan və Azərbaycan prezidentlərinin Rusiyanın Jeleznovodsk şəhərində Rusiya və Qazaxıstan prezidentlərinin vasitəçiliyi ilə görüşü keçirildi. Görüş zamanı prezidentlər münaqişənin sülh yolu ilə həlli barədə razılığa gəldilər. Əldə olunmuş razılaşmaya baxmayaraq, erməni hərbi birləşmələri Xocavənd və Hadrut rayonları ərazisində azərbaycanlı əhaliyə qarşı kütləvi hücumlara başladılar. Nəticədə bu rayonların azərbaycanlılar yaşayan kəndlərinin əksəriyyəti işğal olundu, azərbaycanlı əhali isə güclə öz torpaqlarını tərk etmək məcburiyyəti qarşısında qaldı. Noyabrın 20-də Qarakənd səmasında sülh danışıqları üçün Qarabağa gedən və içərisində Azərbaycan, Rusiya və Qazaxıstanın hökümət nümayəndələrinin olduğu helikopter vurulur. Buna cavab olaraq noyabrın 20-də artıq müstəqil olan Azərbaycan parlamenti Dağlıq Qarabağın muxtar statusunu ləğv edir və Stepanakert şəhərinin adını Xankəndinə dəyişdirir.


Tarix: 08.01.2015 / 14:02 Müəllif: Feriska Baxılıb: 45 Bölmə: Qarabağ müharibəsi
loading...