Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yesuagen

Yesuagen — (yaxud Esuagen və Asuagen) Qafqaz Albaniyası çarı. Onun dövründə köhnə əlifbanın təkmilləşdirilməsi yolu ilə yeni Alban əlifbası yarandı. Bu barədə Moisey Kalankatlı, eləcə də V – VIII əsrlərin erməni müəllifləri Koryun, Movses Xorenli xəbər verirlər. II Yezdəgirdin bacısı ilə evlənmişdi. 444-cü ildə II Vaçe tərəfindən əvəz olundu.

Ailəsi
Moisey Kalankatlının verdiyi məlumata görə çar Yesuagenin 4 övladı olmuşdur:

II Vaçe - taxtda onu əvəz etmişdi
Xoçkorik - qeyri-qanuni oğlu idi
III Vaçaqan
Adsız bir qız - Girdman knyazı Barzabod Mehrani ilə evlənmişdi.
Yesuagenin nişanı
Yesuagenin monoqramı 1975-ci ildə fransız alim Filipp Ginyo tərəfindən yayımlanan Sasani şahlarının möhürlərinin arasında Mürtəzalı Hacıyev tərəfindən tapılmış, S.Y.Qasımova tərəfindən çar Yesuagenə aid olduğu təsdiqlənmişdir. Möhür ay ilahəsi ilə əlaqəlidir.


Tarix: 02.02.2015 / 14:49 Müəllif: Feriska Baxılıb: 93 Bölmə: Qafqaz Albaniyası
loading...