Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xınıslı yaşayış yeri - Dördüncü dövr

Eramızın IV-V əsrlərinə aid olan sonuncu – dördüncü dövr üçün yalnız dəfn abidələri – IV əsr küp və torpaq qəbirləri və IV-VII əsrlərə aid daş qutu qəbirlər – səciyyəvidir. Xınıshda xristian qəbirləri aşkar edilməmişdir. Dəfh mərasimindəki dəyişiklikləri əhalinin həyatında baş verən müxtəlif siyasi hadisələr, ideologiyadakı dəyişikliklər, Sasanilərin Zərdüştiliyi yayması və onların yerli əhalinin dini görüşlərinə qarşı mübarizəsi ilə izah etmək mümkündür. Qəbirlərdə yanğın izlərinə rast gəlinir. Məskənin ərazisindən e.ə. IV əsrdən e.ə. I əsrə aid yerli zərb sayılan Selevki və Makedoniya draxmalarına oxşatma sikkələr tapılmışdır.


Tarix: 02.02.2015 / 14:47 Müəllif: Feriska Baxılıb: 30 Bölmə: Qafqaz Albaniyası
loading...