Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafqaz Albaniyası Etimologiyası

Yerli əhalinin Qafqaz Albaniyasını necə adlandırması məsələsi dövrümüzə gəlib çatmamışdır. Bu və ya digər dərəcədə ünsiyyətdə olduğu xalqlar isə ölkəni müxtəlif şəkildə adlandırmışlar. Məsələn, yunanlar ölkənin adına Αλβανεια, latınlar isə Albānia demişlər. Qafqaz Albaniyasının adı qrabar dilli mənbələrdə Աղուանք – Aluank, aşxarabar dilli mənbələrdə Աղվանք – Agvank, fars dilli mənbələrdə Arran, ərəb dilli mənbələrdə isə Ər-Ran şəklində qeyd edilmişdir.

Erməni müəllifi M. Çamçyan Ağvan sözünü qədim erməni dilində (qrabar) "ağu" xoşxasiyyət, mehriban sözündən törədiyini və "Mehriban insanlar ölkəsi" anlamına gəldiyini qeyd etmişdir. Lakin Q. Qeybullayev qeyd edir ki, "ağu" sözü qədim erməni dilinə qədim türk dilindən keçmişdir və bu söz hazırda da bir çox türk xalqlarının dilində işlənməkdədir. Moisey Kalankatlı isə ölkənin Aranilər sülaləsindən olan ilk yarıəfsanəvi hökmdar Arranın adı ilə bu cür adlandırıldığını qeyd etmişdir.

Abbasqulu ağa Bakıxanov Gülüstani-İrəm əsərində isə qeyd edir:


"Alan tayfası xüsusunda bu qədər məlumdur ki, onlar bu ölkənin sakinləridir və xüsusi padişahları olmuşdur. Alan və alban sözlərinin bir-birinə bənzəməsindən zənn etmək olar ki, biri o birindən alınmışdır. Albaniya rum dilində ağlıq mənasında olaraq azadlığa işarədir"


Əlavə olaraq qeyd edək ki, mütəfəkkirin qeyd etdiyi rum dili latın dilidir və latınca albus; blancus; candida ağ mənasını verir.

Əhalisi
Əsas məqalə: Qafqaz albanları
Əsas məqalə: Qafqaz albanlarının şəxs adları
Strabonun məlumatına görə Albaniya əhalisi 26 dildə danışan tayfalardan ibarət idi. Qaynaqlarda Albaniyada yaşayan xalq və tayfalar sırasında utilər, qarqarlar və amazonkalar, sovdelər, kaspilər, maqlar, sisaklar, mardlar və amardlar, ariaklar və anariaklar, qellər və leqlərin adları çəkilir. Bu tayfaların ən qədimləri Qafqaz və türk dillərində danışan avtoxton etnoslar olmuşlar. Eramızın ilk əsrlərindən başlayaraq Sasani şahlarının göstərişi ilə Albaniyaya bir sıra irandilli tayfalar köçürülmüşdür, III-IV əsrlərdən başlayaraq isə şimaldan, Dərbənd keçidindən yeni türk tayfalarının, o cümlədən hunların, subarların, xəzərlərin, barsillərin və s. Qafqaz Albaniyasına axını başlamışdır. Xüsusən də subar tayfaları Albaniyanın qədim paytaxtı Qəbələ ətrafında məskunlaşmışdılar. Buna görə də erkən orta əsr mənbələri Qəbələni bəzən Qəbələ-Subar adlandırırlar. Ərəblərin gəlişinə qədər Albaniya əhalisi üç hissədən – qafqazdilli, türkdilli və irandilli əhalidən ibarət idi.

Özündə iyirmidən artıq tayfanı birləşdirən alban tayfa ittifaqının aborigen etnik massivi Qafqaz Albaniyasının ərazisində əsas, üstün massiv olmuşdur. Çox zaman albanların özləri ilə eyniləşdirilən ən iri alban tayfalarından biri utilər idi. Qədim Albaniya etnik tərkibinə görə kifayət qədər rəngarəng ölkə idi. Lakin, albanlar bu massivdə daha iri tayfa idi. Buna görə də bütün ölkə Albaniya adlanmağa başlanmışdı. Lakin bu da tamamilə mümkündür ki, bu tayfanın özü adını ölkənin adından almışdır. "Albaniya" adının yozulması sahəsindəki bir çox cəhdlərə baxmayaraq, hələlik bir nəticə hasil olunmamışdır.

Mütəxəssislər qeyd edirlər ki, "Alban" adını türkdilli tayfalarla bağlamaq daha uyğun variantdır. Çünki hal-hazırda Orta Asiyada konkret olaraq Qazaxıstanda alban adlı türkdilli qəbilə yaşayır. Bundan başqa çuvaşların öz yaranışları haqqında dastanda çuvaşların yaranması haqqında danışılarkən bildirilir ki, onların ulu əcdadları Qafqaz dağlarının o tərəfindən gəlmiş alpanlar olmuşdur. Son dövrlərdə aparılan sanballı elmi tədqiqatlar nəticəsində Qafqaz albanlarının türk mənşəli və türkdilli tayfa olması birmənalı şəkildə sübut edilmişdir.


Tarix: 02.02.2015 / 13:58 Müəllif: Feriska Baxılıb: 98 Bölmə: Qafqaz Albaniyası
loading...