Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mətndar MS 7117

MS 7117 – Mətndarda gürcü alimləri A. Şanidze və A. Abuladze tərəfindən aşkarlanmış alban əlifbası ilə olan əlyazmadır. Əlyazma XV əsrə aid edilir. Hələlik bu əlyazma alban əlifbası ilə yazılmış və dövrümüzə çatmış ən yaxşı mətnlərdən biri hesab edilir. A. Şanidze bu əlyazmanın başqa bir qədim nümunədən köçürüldüyünü qeyd edir.

Əsərin tam mətni olmadığından hələ də əlyazmanı oxumaq mümkün olmamışdır. Müxtəlif alimlər mətni udin, ləzgi və digər Qafqaz dilləri vasitəsiylə oxumağa cəhd etsələr də bütün bu cəhdlər uğurla nəticələnməmişdir. Bununla belə alban əlifbasının 52 hərfini (42 samit, 10 sait səs olmaqla) tam şəkildə müəyyənləşdirmək mümkün olmuşdur.

1998-ci ildə Gürcüstan prezidenti Eduard Şevardnadze Azərbaycana rəsmi səfəri zamanı əlyazmanın bir nüsxəsini təntənəli şəkildə o zaman Azərbaycan prezidenti olan Heydər Əliyevə təqdim etmişdir.


Tarix: 02.02.2015 / 13:56 Müəllif: Feriska Baxılıb: 63 Bölmə: Qafqaz Albaniyası
loading...