Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhl ibn Sunbat

Səhl ibn Sunbat (ərəbcə: Sahl ibn-Sunbat) — IX əsrdə şimali Artsak ərazisinin hakimi. 822-ci ildə alban hökmdar sülaləsi olan Mehranilərin son nümayəndəsi III Varaz Trdatın ölümündən sonra Yuxarı Artsak – Xaçın ərazisini idarə etməyə başlamış, qısa müddətdə Arranın böyük hissəsini özünə tabe etmişdi.

Əvvəl Xürrəmilər hərəkatının başçısı Babəkə Abbasilər xilafətinə qarşı mübarizəsində yardım göstərən Səhl, daha sonra xəlifə əl-Mütasimin sərkərdəsi olan Afşinin tərəfinə keçmiş və ona Babəki ələ keçirməkdə yardımçı olmuşdur. 854-cü ildə xəlifə əl-Mütəvəkkilin sərkərdəsi olan Buğa əl-Kəbir əl-Şərabi ət-Türki tərəfindən həbs edilərək Samirə şəhərinə göndərilmişdir.

Azərbaycanın ərəblər tərəfindən işğalından sonra məlik tituluna yiyələnən ilk şəxs Səhl ibn Sumbatın olmuşdur və o, bu titula Babəki ərəblərə təslim etdiyinə görə yiyələnmişdi.


Tarix: 30.01.2015 / 18:56 Müəllif: Feriska Baxılıb: 54 Bölmə: Qafqaz Albaniyası
loading...