Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həsən Monax

Həsən Monax (doğum və ölüm tarixləri bilinmir) — 1142—1182 – ci illərdə hakimiyyətdə olmuş Xaçın knyazı, sərkərdə. Kürike Baqratuninin qızı Mamaxatunla evlənmiş və altı övladı olmuşdur. Onun hakimiyyətinə Aterk, Ləv qalası, Xaçın qalası və Avkaxaxaç əraziləri daxil idi. Alban Arşakiləri sülaləsindən olan Həsən Monax, Vaxtanq Səkərin oğludur. 1142-ci ildən Xaçın ərazisini idarə etmişdir. 1182 – ci ildə hakimiyyəti böyük oğlu Vaxtanq Taqavorazna verərək qardaşı Qriqorisin rahib kimi xidmət etdiyi Xudavəng monastırına çəkilmiş və ömrünün sonuna kimi rahib həyatı yaşamışdır. Hələ hakimiyyətdə olduğu dövrdə o, Xudavəng monastırında geniş quruculuq işləri aparmışdı.


Tarix: 30.01.2015 / 18:54 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: Qafqaz Albaniyası
loading...