Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seksual görünmək üçün 10 məsləhət
Seksual görünmək üçün 10 məsləhət

Seksual görünmək və bəyənilmək qadınların ən böyük ehtiraslarından biridir. Saatlarla vaxt sərf edib cazibədar görünməyə çalışanlardansınızsa, bu yazı sizin üçündür.

Dolğun dodaqlar
Ancelina Coli, Rihanna və Adriana Lima sahib olduqları seksual görünüşlərini nəyə borcludular? Təbii ki, dolğun dodaqlarına. İri dodaqlı qadınlar həmişə seksual hesab olunurlar. İncə dodaqlı qadınlar parlaq dodaq boyası və xırda makiyaj hiylələri ilə dodaqlarını iri göstərə bilərlər.

Dumanlı gözlərin təsiri
"Smokey eye” – yəni dumanlı göz makiyajı gözləri həm iri göstərir, həm də baxışlara seksuallıq qatır. Gecə ziyafətlərində istifadə etmək məsləhətdir.

Həyəcanlandıran dekoltelər
Paltar seçərkən yüngül dekolteli köynəklər seksual görünməyinizə kömək edəcək. Şəffaf köynəkdirsə, büzqalterin də cazibədar olmasına fikir verməkdə fayda var. Dekolte bölgəsinə bir az parlaq krem çəkmək də seksuallığı artırır.

Cəlbedici ətirlər
Kişi qadında ən çox nəyi yadda saxlayır? Əlbəttə ki, qoxusunu. Xüsusilə vanil, gül, portağal çiçəyi və ya lavanda ətirləri istənilən kişinin ağlını başından alır.

Cazibədar uzun saçlar
Uzun saçlar kişilərin zəif nöqtəsidir. Çiyinlərə qədər uzanan və baxımlı saçlar kişiləri cəlb edir.

İpək saçlar
Təklə uzun deyil, parlaq və baxımlı saçlar da seksual görünüş yaradır. Ona görə də rəngi və formasından asılı olmayaraq saçlarınızın parlaqlığına, səliqəli görünməyinə fikir verin.

Aksessuarlarla tamamlayın
Aksessuar geyimi tamamlayır. Bir papaq, bir boyunbağı, bir üzük görünüşü tamam fərqli edir. Bəzən monoton rəngli paltarla taxılan işıltılı boyunbağı qadını həmin ziyafətin ən seksualı edə bilər.

Paltarın sonsuz cazibəsi
Krujeva elə bir şeydir ki, heç vaxt dəbdən düşməyəcək. Ona görə bu cür paltar almağa tərəddüd etməyin. Adi bir krujevalı bluz, paltar və ya alt paltarının kişilər üzərində güclü təsiri var

Dikdaban ayaqqabısız olmaz!
Mümkün olduğu qədər qarderobunuzda hündürdabanlı ayaqqabılara yer verin. Dikdabanlar ayağı uzun göstərərək qadını cazibər edir.

Qadınlığın simvolu: Qırmızı
Qırmızı rəngin gücünü həmin rəngli dodaq boyası və ya paltar geyinəndə hiss etmək mümkündür. Qadının özünə inamı artır, dərhal diqqətləri özünə çəkir. Bir sözlə, qırmızı ancaq qadınlığın deyil, seksuallığın da rəmzidir.


Tarix: 17.04.2015 / 17:36 Müəllif: Aziza Baxılıb: 221 Bölmə: Qadın dünyası
loading...