Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar niyə bir - birini qısqanır?

Qadın qadının həm ən yaxın dostu, həm də ən əzəli rəqibidir. Bir qadına həmcinsləriylə uyğunlaşma içərisində olmaq və yox etmədən rəqabət etmək güc qazandırar. Bunu edə bilmənin yolu isə həmcinslərimizlə qurduğumuz əlaqənin ölçüsünə bağlı...

Qadınların bir-birinə qarşı içdən içə kin saxlamasının səbəbi bir müəmmadır. İctimai əlaqələrimizdə qadınlardan çox kişiləri daha etibarlı tapırıq. Dövlət dairəsində, imtahanlarda həmişə "ümid edirəm qarşıma kişi çıxar" deyə dua edirik. Qadınlarla qarşı-qarşıya gəlməyi eynilə bir boks matçı kimi qəbul edirik...

Qadınlarla yaxşı dolanmaq lazımdır

Qadın təbiəti əslində bir-birinə güvənməyə meyllidir. Çünki qadını həyata gətirən, böyüdən də bir qadındır. Zaman içində nə olursa olur və qadınlar arası rəqabət başlayır. Buna görə həmcinslərimizlə araya məsafə qoymaq məcburiyyətində qalırıq. Halbuki qadınların həm fiziki həm də ruhi sağlamlıq baxımından bir-birlərinə ehtiyacı var. Mütəxəssislərə görə, həmcinsləri tərəfindən qəbul edilib, təsdiqlənən qadınların stressləri azalır və kolestrolü də məqbul səviyyələrdə olur. Sağlam və etibarlı ictimai əlaqələr quran qadınların beyin funksiyaları daha inkişaf etmiş olur və yaddaş itkisi azalır.

Dostluq, ən yaxşı dərmandır

Qadınların bir-birinə qarşı səbəbsiz kompleksləri zamanla təsəllini kişilərdə axtarışa itələyir. Kişilər, daha az kompliksə və daha az detalçı olduğundan həqiqi yoldaşlığı qarşı cinslə yaşaya bilirik. Biz qadınlar, sözsüz olaraq öz aramızda bir dil istifadə edirik. Kişilərə bizlər kimi detalçı və planlı hərəkət etmədikləri üçün bizi anlamaları bir az çətin olsa da kişilərlə qadınlardan daha yaxşı razılaşırıq. Qadınlar bir - bir ilə ya çox yaxşı razılaşır ya da bir-birinə düşmən kəsilir. Qadınların bir-birlərinə verdikləri zərərin ölçüsünü ifadə etmək lazım olsa; eşq ağrısı belə qadınlara daha az çəkdirir deyə bilərik... Kişilərdən gələn zərbələr,öyrəşilmiş ağrılardır. Buna görə paylaşınca ya da aradan zaman keçincə yaşadığımız ağrıları unuduruq. Ancaq həmcinslərimizə güvənərkən, hesaba qatmamız lazım olan bir detal var: "Qadın qadının qurdudur."


Tarix: 10.01.2015 / 12:54 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Qadın dünyası
loading...