Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyük ayaqqabıları balaca göstərməyin sirri

Tünd rəngli ayaqqabı

Tünd rəngli ayaqqabılar hər vaxt ayaqlarınızın daha kiçik görünməsini təmin edəcək. Qırmızı, mavi, bənövşəyi, yaşıl, qəhvə rəngi, boz və qara ayaqlarınızı daha kiçik göstərəcək. Qara bir paltar geydiyinizdə necə olduğunuzdan incə görünürsünüzsə, qara və ya tünd rəngli ayaqqabı seçdiyinizdə də ayaqlarınız olduğundan daha kiçik görünəcək.

Ayaqyalından uzaq durun

Bantlı ayaqyalınlar hər vaxt ayağınızı böyük göstərəcək və ayaqqabınızın üstü nə qədər açıq olsa ayaqlarınız o qədər böyükmüş kimi dayanacaq. Buna görə qalın bantlı olanları seçmənizdə fayda var.

Ayaqqabı aksesuarları

Böyük ayaqları kiçik göstərmədə ən təsirli hiylə ayaqqabı detalları və aksesuarları. Əgər insanların diqqətini böyük ayaqlarınıza çəkmək istəmirsinizsə, toxa, püskül, düymə kimi detalları olan ayaqqabıları alın.

İti burun ayaqqabılar

Ayağınız nə qədər kiçik olursa olsun, iti burun ayaqqabılar hər vaxt olduğundan daha böyük göstərər. İti burunlu ayaqqabılar yerinə yumru burunlu ayaqqabılar istifadə edin.

Dikdaban ayaqqabı

Dikdaban ayaqqabıların necə bir qurtarıcı olduğunun fərqindəsinizmi? Qısa boylular üçün şahanə bir detalkən, böyük ayaqlara sahib qadınlar üçün də böyük bir nemət. Çünki nə qədər dikdaban geysəniz geyin, ayaqlarınız daha kiçik görünəcək. Xüsusilə bu yazın modası plomb topuqlar ilə rahat və qəşəng görünərkən, böyük ayaq dərdinizdən də xilas olmuş olacaqsınız.


Tarix: 10.01.2015 / 12:49 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Qadın dünyası
loading...