Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quş görmək

Yuxuda insan quş görübsə, nə vaxtsa itirdiyini geri qaytaracaq.

Quş – sürətlilik, qeyri-sabitlik, öncəgörmə rəmzidir. Yuxuda çox böyük quş görmüsünüzsə, bu,gələcəkdə Yeri çox böyük meteorit gözlədiyinə və nəticədə bir neçə şəhərin Yer üzündən silinəcəyinə işarədir. Yuxuda böyük quş yuxunu görən insana yaxınlaşıbsa, bu, həmin insanın yaşadığı şəhərin meteroitdən zərər çəkəcəyinə işarədir.Yuxuda balaca quş görmək o deməkdir ki, Yerdə sülh və əminamanlıq bərqərar olacaq.müharibə, aclıq və yoxsulluq olmayacaq.Bütün insanlar xoşbəxt olacaq.Yuxunu görən insan üçün belə yuxu əmin-amanlıq və xoşbəxtliyə işarədir. Yuxuda qanadsız quş görmək Avstraliya əhalisi üçün təhlükəyə işarədir.Axı məhz bu ölkənin gerbində qanadsız emu quşu əks olunub. Yuxuda quş vəhşi səslə qışqırıbsa, gələcəkdə hər hansı bir ölkəni barbarların hücumu gözləyir. Bu yuxunu görən insanı qəddar bir insanın tabeliyində çətin iş gözləyir.Qara ikibaşlı qartal Rusiya qüdrətinin rəmzi heab olunur.Yuxuda qara ikibaşlı hər hansı bir heyvanla vuruşan başsız qartal görmək Rusiyada qəmli hadisələrə işarədir. Yuxuda səssiz quşlar görmək o deməkdir ki, gələcəkdə Yerdə çox güclü quraqlıq olacaq, nəticədə planetin bir çox dövlətləri bundan zərər görəcək. Yuxuda dəmir quş görmək o deməkdir ki, tezliklə nadir təyyarə istehsal olunacaq. Dəmir quş yerdə oturubsa, bu, aviaqəzaya işarədir. Yuxuda quşların qeyri-adi gözəlliklərini görmək o deməkdir ki, siz yalnız öz keçmişinizlə yaşayır və onunla maraqlanırsınız.Yuxuda nadir tapılan quş görmək öz səylərinizi indiki vaxta yönəltmək, keçmişə baxmamaq və ya gələcəyi görməyə yönəltməlisiniz.Yalnız bu yolla üzərinizə çökən fəlakətlərdan canınızı qurtara bilərsiniz. Yuxuda səmada uçan qartal görmək –ibadət və xeyirxahlığa can atmağa işarədir. Ləyaqətiniz sizə gələcəkdə saxta seçimlər etməyə imkan verməyəcək. Qəfəsdə qartal – hakimiyyət və əzəmətə can atmaqdır.Yuxuda xoruz görmək – mübahisə və münaqişələrə işarədir.Yuxuda xoruz üzərinizə hücum edibsə, bu o deməkdir ki, kimsə sizi nəticəsi bəlli olmayan münaqişəyə cəlb etmək istəyir.Yuzuda xoruz döyüşünü müşahidə etmisinizsə, həyatda fövqəladə hadisələrin şahidi olacaqsınız.


Tarix: 10.04.2014 / 01:48 Müəllif: Ebulfez Baxılıb: 103 Bölmə: Q hərfi
loading...