Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ardanış - Su mənbələri

Ardanış ərazisi su mənbələri ilə zəngindir. Yaşlı insanların verdiyi məlumata əsasən kəndin ərazisində gözələr nəzərə alınmamaqla 98 bulaq olub. Bulaqların suyuna da iki cür ad vermişdilər: ağ su və qara su. Ağ su güneydə yerləşən bulaqların, qara su isə quzey ərazilərdə yerləşən bulaqların suyudur. Məişət və təsərrüfat əhəmiyyətli iki çay yaşayış məntəqəsinin bilavasitə içərisindən keçir. Cüllab (buradan axan su soyuq, ləzzətli və təmizdir.) kəndin içərisi ilə şimaldan cənuba, Qara çay kəndin içərisində qərbdən şərqə doğru axır. Bu çay öz mənbəyini quzeydən aldığı üçün onun adını Qara çay qoyublar. Sıldırım qayalığın dibindən çıxan gur bulağın suyu ilə qidalanan bu çay da 1918-ci ildə erməni təcavüzünə məruz qalıb. Belə ki, qana susayan daşnak cəlladları bulağın gözünü dərin qazıb və keçə basdırıblar. Nəticədə yeraltı lay vasitəsilə suyun istiqaməti dəyişib, bulağın suyu da azalıb. Görünür ermənilər bilirdilər ki, bu bulaq, bu torpaq onlarınkı deyil və olmayacaq da. Bu barədə qocalar söhbət edirdilər. Bəşəriyyət tarixi araşdırılsa, bəlkə də indiyə qədər belə vəhşilik törədilməmişdir.Suvarmada və məişətdə XX əsrin 80-ci illərinə qədər bu iki çaydan istifadə edilib. 1980-ci illərdən sonra Göyçə gölündən suvarma məqsədilə iki boru xətti çəkilmişdi.


Tarix: 07.02.2015 / 13:16 Müəllif: Feriska Baxılıb: 57 Bölmə: Qərbi Azərbaycan
loading...