Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qız qalası (Bakı) Mədəniyyətdə

Qız qalasıyla bağlı əfsanə Azərbaycanda bir çox poema və teatr tamaşalarının mövzusu olmuşdur. 1940-cı ildə böyük bəstəkar Əfrasiyab Bədəlbəyli həmin əfsanənin motivləri əsasında ilk Azərbaycan baleti olan Qız qalası baletini yazmışdır. Balet ilk dəfə Azərbaycan Dövlət Opera və Balet Teatrında səhnələşdirilmişdir.

Qız qalası 1992-2006-cı illərdə 1 və 250 manatlıq[34], 2006-cı ildən 10 manatlıq və 5 qəpiklik pul əskinaslarında təsvir edilmişdir.

2010-cu ildən etibarən, hər il Qız Qalasının yaxınlığında Heydər Əliyev Fondunun, "Qız Qalası" Bədii Qalereyasının, Bakı Müasir İncəsənət Muzeyinin və "İçəri şəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun təşkilatçılığı ilə beynəlxalq "Qız Qalası" Beynəlxalq incəsənət festivalı keçirilir


Tarix: 08.01.2015 / 14:55 Müəllif: Feriska Baxılıb: 29 Bölmə: Qız qalası (Bakı)
loading...