Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxarı Girətağ

Tarixi
Yuxarı Kirətağ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Rayon mərkəzindən 13 km şimal-şərqdə, Oxçu çayının sol qollarından biri olan Kirətağ çayının sol sahilində yerləşir.

Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.134).

Kənddə 1886-cı ildə 537 nəfər, 1897-ci ildə 328 nəfər, 1904 - cü ildə 666 nəfər, 1914 - cü ildə 289 nəfər azərbaycanlı yaşamışdır (415, s.56-57, 134-135). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər.

Burada 1922-ci ildə 71 nəfər, 1926-cı ildə 223 nəfər, 1931-ci ildə 396 nəfər (415, s.56-57, 134-135), 1939 - cu ildə 139 nəfər, 1959 - cu ildə 310 nəfər, 1979 - cu ildə 120 nəfər (427, s.868) azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşdur. İndi ermənilər yaşayır.

Toponim qədim türk dilində "kənar, çöl, düzənlik" mənasında işlənən kır (kir -İ.B) sözü ilə (359, II(1), s.733) tağ (>dağ) sözünün (339, s.537) birləşməsindən əmələ gəlmişdir.

Toponim əvvəlindəki "yuxarı" sözü fərqləndirici əlamət bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Əhalisi
1988-ci ilə qədər azərbaycanlılar

Görkəmli şəxsiyyətləri
Hafiz Baxış (Baxışov Hafiz Həbib oğlu) – Azərbaycan şairi (1932 - 1989).
İqtisadiyyatı
Əkinçilik və heyvandalıq


Tarix: 06.02.2015 / 19:10 Müəllif: Feriska Baxılıb: 83 Bölmə: Qərbi Azərbaycan
loading...