Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nərimanlı (Basarkeçər)

Tarixi
Hüseynquluağalı bu kəndin əvvəlki adıdır.

Hüseynquluağalı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 10 km şərqdə, Məzrə çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.70).

Kənddə 1873 - cü ildə 636 nəfər, 1886-cı ildə 760 nəfər, 1897-ci ildə 877 nəfər, 1908-ci ildə 778 nəfər, 1914 - cü ildə 1207 nəfər, 1916-cı ildə 1079 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). 1919 - cu ilin aprelin 13-20-də kəndin əhalisi ermənilər tərəfindən qırğınlarla qovulmuşlar (309,s.305). 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sakinləri öz kəndlərinə dönə bilmişlər. 1922-ci ildə kənddə 527 nəfər, 1926-cı ildə 605 nəfər, 1931-ci ildə 719 nəfər (415, s.26-27, 112-113), 1959 - cu ildə 2000 nəfər, 1987-ci 3000 nəfər (85, s.292) azərbaycanlı yaşamışdır. 1988-ci ildə noyabr ayında kəndin sakinləri Ermənistan dövləti tərəfindən zorla doğma torpaqlarından qovulmuşlar. İndi burada ermənilər yaşayır.

Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Hüseynqulu ağa (ağa titul bildirir) şəxs adına mənsubluq bildirən -lı şəkilçisinin artırılması əsasında kəndin adı yaranmışdır. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Kəndin adı 1924 - cü ildə dəyişdirilərək Azərbaycan yazıçısı və ictimai xadimi N.Nərimanovun şərəfinə Nərimanlı, Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə yenidən dəyişdirilib Şatvan qoyulmuşdur. Hüseynquluağalı Nərimanlı (Basarkeçər) kimi də tanınır.

İrəvаn qubеrniyаsının Nоvоbаyаzid qəzаsındа kənd. Kənd rаyоn mərkəzi Bаsаrkеçərdən 10 km məsаfədə yеrləşir. Kəndin mаldаrlаrının yаylаqdа yurd yеrləri Lilpər və Tаntur-tоytаq аdlаnırdı. Kənd Qаzах qəzаsındаn çıхmış Hüsеynquluаğа аdlı bəyə məхsus аilələrin məskunlаşmаsı nəticəsində yаrаnmışdır.

Hüseynquluağalı kəndinin adı 15 dеkаbr 1948-ci ildən Nərimanlı, 19 аprеl 1991-ci ildən isə Şatavan qoyulmuşdur.

Mədəniyyəti
Coğrafiyası və iqlimi
Əhalisi
1988-ci ilə qədər azərbaycanlılar yaşamışdır. 1988-ci ilin sоyqırımınıdа kənddən həlаk оlаnlаr. Cаbbаrоv Tеymur Yusif оğlu (1959), Еlləzоv Həsən Nəbi оğlu (1920), Еlləzоv Qаrа Nəbi оğlu (1923), Əliyеv Sаvаlаn Yunis оğlu (1925), Həsənоv Isgəndər Bаyrаməli оğlu (1910),

Milli qəhrəmanı
Abdullayev Şövqiyar Cəmil oğlu 5 aprel 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. 1992-ci ilin 27 avqustunda Ağdərənin Drmbon kəndi uğrunda döyüşdə qəhrəmancasına həlak olan Abdullayev Şövqiyar Cəmil oğlu 29 avqust 1992-ci ildə müqəddəs Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Abdullayev Şövqiyar Cəmil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Şəhidləri
Nəcəfov Nəsrulla Qasım oğlu,

İqtisadiyyatı
Əkinçilik və heyvandalıq

Görkəmli şəxsiyyətləri
Aşıq Bəhmən Göyçəli (Bəhmən İbrahim oğlu Qarayev; 1901-13.11.1976) - ustad aşıq, şair.
Xəstə Bayraməli (Xudiyev Bayraməli Abbasəli oğlu) - şair.
Radik İsmayılov - azərbaycanlı jurnalist, Sosiologiya üzrə fəlsəfə doktoru
Rufik İsmayılov - "Kaspi" qəzetində müxbir
Qədir Aslan - publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (1995)
Aşıq Fətulla – müəllim, ustad aşıq, Azərbaycan Aşıqlar Birliyinin üzvü,
Möhsün Qədiroğlu – şair, publisist, 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (2003).
Şövqiyar AbdullayevAbdullayev Şövqiyar Cəmil oğlu (1969-1992) - Azərbaycanın Milli Qəhrəmanı
Malik Abdullayev - Texnika elmləri namizədi
Cəmil Abdullayev - müəllim
Səfiyar Musayev - tarix elmləri doktoru, professor
Cəlilov Maqsud Fərhad oğlu – fəlsəfə elmləri doktoru, professor.
Maşallah Xudubəyli - tədqiqatçı-jurnalist, publisist, elmi işçi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü.
Əlişir Hacıyev – "Göyçə Gülü" firmasının prezidenti.
Qurban Bayramov (d.1935. Göyçə. - ö.1996. Bakı.)- fəlsəfə elmləri doktoru professor


Tarix: 06.02.2015 / 18:38 Müəllif: Feriska Baxılıb: 255 Bölmə: Qərbi Azərbaycan
loading...