Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müsəlləm

Müsəlləm (erm. Մուսալլամ) - Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən Lernadzor kənd icmasına daxil olan kənd.

Kənd Qafan şəhərindən 17 km şimal-qərbdə, Oxçuçayın sağ sahilində, Əcili çayının solunda, səfalı düzənlikdə yerləşir.
Etimologiyası
Toponim şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Sadə quruluşlu toponimdir.

Əhalisi
Kənddə 1897-ci ildə 34 nəfər, 1922-ci ildə 36 nəfər, 1926-cı ildə 44 nəfər, 1931-ci ildə 104 nəfər azərbaycanlı yaşamışdır (415, s.60-61, 136-137). 1988-ci ilin noyabrında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə öz yurd-yuvalarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

Görkəmli şəxsiyyətləri
Mürvət Şərifov — "20 Yanvar Şəhidi" fəxri adını almışdır.


Tarix: 06.02.2015 / 18:37 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: Qərbi Azərbaycan
loading...