Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cənnətli

Tarixi
İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Erməni mənbələrində kəndin adı Cahadlu formasında da qeyd edilir.

Coğrafiyası və iqlimi
İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 12 km şimal-şərqdə, Gərni çayı sahilində azərbaycanlılar yaşamış kənd.

Əhalisi
Kənddə 1831-ci ildə 59 nəfər, 1873-cü ildə 173 nəfər, 1886-cı ildə 189 nəfər, 1897-ci ildə 219 nəfər, 1904-cü ildə 184 nəfər, 1914-cü ildə 228 nəfər, 1916-cı ildə 260 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Xaricdən köçürülən ermənilər burada yerləşdirilmişdir. Burada 1922-ci ildə 78 nəfər, 1926-cı ildə 100 nəfər, 1931-ci ildə 114 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1949-cu illərdə kənddə yaşayan azərbaycanlılar zorla tarixi torpaqlarından Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır. Toponim nəsil adı əsasında yaranmışdır. Patronim toponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 02.03.1940-cı il fərmanı ilə лəndin adı dəyişdirilib Lancazat, 21.10.1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Zovaşen (Gölkənd) qoyulmuşdur.

Ermənilər bu kəndə 1930-cu ildə gətirilmişlər. 1931-ci ildə 136 nəfər erməni var idi. Azərbaycanlılar kəndi ötən əsrin 30-cu illərində məcburi tərk etmişlər.


Tarix: 06.02.2015 / 18:24 Müəllif: Feriska Baxılıb: 44 Bölmə: Qərbi Azərbaycan
loading...