Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bozdoğan

Bozdoğan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd.

Tarix
Rayon mərkəzindən 40 km məsafədə, Arpaçaydan 8 verst aralıda yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Toponim oğuzlara məxsus bozdoğan adlı türk tayfasının adından formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 03.01.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Sarakan qoyulmuşdur.


Tarix: 06.02.2015 / 18:21 Müəllif: Feriska Baxılıb: 36 Bölmə: Qərbi Azərbaycan
loading...