Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşağı Necili

Tarixi
Aşağı Necili - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 2 km qərbdə yerləşir. Zəngibasar (Masis) rayonu təşkil edilənədək 1969 - cu ilə kimi Qəmərli (Artaşat) rayonun tərkibində olunmuşdur. Qafqazın 5 verstlik xəritəsində (348, s.186) qeyd edilmişdir. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır (386, s.547-550).

Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə nəcli türk etnonimi (143, s.30) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm.SSR AS RH-nin 25.1.1978-ci il tarixi fərmanı ilə adı dəyişdirilib Sayat Nova (erməni şairi) qoyulmuşdur.

Əhalisi
Kənddə 1831-ci ildə 411 nəfər, 1873 - cü ildə 1183 nəfər, 1886-cı ildə 1147 nəfər, 1897-ci ildə 1178 nəfər, 1908-ci ildə 1430 nəfər, 1914 - cü ildə 1573 nəfər, 1916-cı ildə 1074 nəfər yalınz azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). 1918-ci ildə kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 555 nəfər, 1926-cı ildə 726 nəfər, 1931-ci il ldə 379 nəfər azərbaycanlılar yaşamışdır (415, s.49, 129). Ermənilər buraya əlavə olaraq 1946-48-cı illərdə xaricdən köçürülmüşdür.

1988-ci ilin oktyabr-noyabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Görkəmli şəxsiyyətləri
Nuru Məmmədov - Tarix elmləri namizədi (1976), dosent (1998)


Tarix: 06.02.2015 / 18:18 Müəllif: Feriska Baxılıb: 64 Bölmə: Qərbi Azərbaycan
loading...