Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağzıbir (Göyçə)

Tarixi
Ağzıbir - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.5).

Kənddə 1831-ci ildə 108 nəfər, 1873 - cü ildə 380 nəfər, 1886-cı ildə 557 nəfər, 1897-ci ildə 696, 1904 - cü ildə 755, 1914 - cü ildə 1068, 1916-cı ildə 917 nəfər yalnız azərbaycanlı yaşamışdır (415,s. 68-69, 144-145). 1918-ci ildə Kəndin əhalisi ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər.

Kənddə 1922-ci ildə 327 nəfər azərbaycanlı yaşamışdır (415, s.145). 1922-26-cı illərdə kənddə ermənilər yerləşdirilmiş və azərbaycanlılar sıxışdırılmışdır. 1926-cı ildə kənddə 165 nəfər azərbaycanlı, 276 erməni, 1931-ci ildə 295 nəfər azərbaycanlı, 365 erməni (415, 69, 145), 1947-ci ildə 600 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-ci ildə Azərbaycanın Ağdaş rayonuna köçürülmüşdür. O vaxtdan kənddə yalnız ermənilər yaşayır.

Toponim "tək bir çıxacağı olan yer" "kiçik dağ yolu" mənasında işlənən ağzıbir sözü əsasında (359,I(1), s.67; 9, s.39) formalaşmışdır. Kənd adını yerləşdiyi əraziyə görə almışdır.

Toponimin yaranması Göyçə gölünə yalnız quru ilə çıxışı (ağzı) olan yarımada ilə bağlıdır.

Erm.SSR AS RH-nin 7 dеkаbr 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Lçap ("Аcаp") qoyulmuşdur.


Tarix: 06.02.2015 / 18:17 Müəllif: Feriska Baxılıb: 40 Bölmə: Qərbi Azərbaycan
loading...