Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Acıbac

Acıbac (erm. Աջաբաջ, qədim adıyla: Acaran, Acarac) — Ermənistan Respublikasının cənubunda Sünik mərzində yerləşən Nor Astğaberd kənd icmasına daxil olan kiçik dağ kəndi.


1930-1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil olan kənd Qafan şəhərindən 33 km şimal-qərbdə, Qazangölçayın sahilində, dəniz səviyyəsindən 1929 m yüksəklikdə, Zəngəzur dağlarının ətəyində, Qazangöldən 12 km məsafədə yerləşir.
Tarixi
Acıbac kəndi tarixən türk kəndi olub, Sofulu tayfasının qışlaqlarından biri kimi XVI yüzillikdə salınmışdır. 1918-ci ildə Andranik Ozanyanın ordusu kəndi dağıtmış, əhalini qırmış, sağ qalanlar dağlarla Ordubada qaçmışlar. Həmin dövrdə Acıbac kəndinin XVII yüzilliy]]ə aid müsəlman-türk memarlıq üslubunda tikilmiş Tağlı məscidi yandırılıb, dağıdılmışdır. 1922-ci ildən sonra qaçqın əhali yenidən öz doğma kəndinə qayıtmış, təsərrüfatı bərpa etmişdir. 1931-ci ildə Acıbac kəndində kolxoz qurulmuş, lakin kolxoz bir neçə dəfə qonşu Pəyhan kolxozuna birləşdirilmiŞ və nəhayət, 1965-ci ildə Gığı sovxozunun tərkibinə qatılmışdır.

Acıbac kəndində ilk ibtidai məktəb 1930-cu ildə yaradılmış, 1988-ci ilə kimi isə 8 illik məktəb şəklində fəaliyyət göstərmişdir. 1937-39-cu illərdə kənddən ona yaxın adam heç bir günahı olmadan repressiyaya məruz qalmışdır. Acıbac kəndindən 38 nəfər İkinci dünya müharibəsində iştirak etmiş, onlardan 17 nəfəri geriyə qayıtmamışdır.

Etimologiyası
Osmanlı İmperiyasının 1593-cü ildə tərtib etdiyi "Urud və İskəndər qalası livalarının müfəssəl dəftəri»ndə kəndin adı «Acbacı« şəklində göstərilmişdir. Xalq etimologiyası ilə «acı bacı« kimi izah edilir.

Əhalisi
1886-cı ilin statistik məlumatlarına görə kənddə 202 nəfər azərbaycanlı yaşamışdır.

1988-ci il deportasiyasına kimi kənddə bütünlüklə azərbaycanlılar yaşasa da, kənd əhalisinin kəndlərindən çıxarılmasından sonra kəndə ermənilər köçməyə başlamışlar.

Ermənistan Respublikası Statistika Xidmətinin 2001-ci ilin yekun rəsmi statistikasına görə kənddə 30 nəfər yaşayır.

Kəndin toponimləri
Toxmaq
Maralölən çeşməsi
Çobanöldürən bulaq
Baldırqanlı bulaq
Əbədərə
Qarayataq
Məmmədlər
İlbənd
Dəf
Daşkörpü
Motalqaya
Sarıyurd


Tarix: 06.02.2015 / 18:11 Müəllif: Feriska Baxılıb: 145 Bölmə: Qərbi Azərbaycan
loading...