Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəhim Allahverdiyev

Allahverdiyev Rəhim Kazım oğlu — taxılçılıq üzrə elmlər namizədi.

Həyatı
1911-ci ildə Qərbi Azərbaycanda anadan olub. 1936-cı ildə Azərbaycan Kənd Təsərrüfat İnstitutunun aqronomluq fakultəsini bitirib. 1951-ci ildə taxılçılıq üzrə namizədlik dissertasitası müdafiə etmişdir. Azərbaycan Elmi Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik bitkilər İnstitutunda üzümçülük şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

1963-cü ildə yerli və introduksiya edilmiş üzüm sortlarının aqrobioloji və təsərrüfat-texnoloji xüsusiyyətlərinin öyrənilməsi mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bir monoqrafiyası və 70-dən çox kitabça və elmi məqalələri vardır. Gənc kadrların hazırlanması işində xüsusi əməyi olmuşdur, 3 elmlər namizədi yetişdirmişdir.

Azərbaycanda üzümçülük işlərinin təşkilində yaxından iştirak etmiş və bu işlərinə görə Dövlət tərəfindən təltifləri olmuşdur.


Tarix: 06.02.2015 / 17:37 Müəllif: Feriska Baxılıb: 36 Bölmə: Qərbi Azərbaycan
loading...