Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fərəc bəy Hüseynbəyov

Həyatı
Fərəcbəy Feyzullabəy oğlu Hüseynbəyov 1882-ci ildə Zəngəzur mahalı, Mehri rayonunun Əldərə kəndində anadan olmuşdur.

Hələ uşaq yaşlarından ata-anasmı itirmişdir. Maddi vəziyyətinin ağırlaşdığını görən Fərəcbəy evdən çıxıb çörək pulu qazanmaq üçün Bakıya gəlir.

Balaxanı-Ramana neft mədənlərində ən ağır işlərdə işləməyə başlayır. Öz biliyi, çalışqanlığı və işgüzarlığı nəticəsində mədəndə müəyyən vəzifə sahibi olur.

Əvvəllər prikazçik, böyük prikazçik, istismar üzrə mühəndis, sonralar sahə rəisi vəzifələrində işləmişdir. Ağsaqqalların dediklərinə görə, Fərəcbəy öz kəndindən, habelə Meğri rayonunun Nüvədi, Leyvaz və başqa kəndlərdən Bakıya gələn, evsiz-eşiksiz olan onlarla adamı işə düzəltmiş və çoxlarını da himayəyə götürmüşdür.

Onun bu xeyirxahlığını nəvələri indi də ehtiramla danışıb yad edirlər. Respublikamızın neft sənayesinin inkişafındakı fəaliyyətinə görə F.Hüseynbəyov 1944-cü ildə "Qafqazın müdafiəsinə görə" medalı, 1947-ci ildə Azərbaycan Ali Sovetinin Fəxri fərmanı, 1947-ci ildə "Döş nişanı", 1951-ci ildə Lenin ordeni, "Böyük Vətən müharibəsində fəal əməyə görə" medalı ilə təltif edilmişdir.

Fərəcbəy Hüseynbəyov 1959-cu ildə 74 yaşında Bakıda vəfat etmişdir.

Ailəsi
Fərəcbəyin iki oğlu, bir qızı, nəvə və nəticələri var. Nadir Hüseynbəyov və Feyzulla Hüseynbəyov onun oğlanlarıdır.


Tarix: 06.02.2015 / 17:04 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: Qərbi Azərbaycan
loading...