Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Akim Abbasov

Həyatı
Akim Abbasov 1911-ci ildə Zəngəzur diyarının Ərikli kəndində anadan olmuşdur. Hələ körpə yaşlarından valideynlərini itirmiş, 1923-cü ilə qədər dayısı Ələkbər Ələkbərovun himayəsində böyümüşdür. Naxçıvanda olarkən 3 nömrəli Zəhmət məktəbinin uşaq evinə köçürülmüş, 1927-ci ildə Bakıya köçmüşdür. 1930-cu ildə Ə. Qarayev adına Bakı Hərbi Hazırlıq Məktəbini bitirmiş və sonra təhsilini davam etdirmək üçün Tbilisidəki Zaqafqaziya Hərbi Məktəbinə daxil olmuşdur. 1932-ci ildə buradakı təhsilini başa vurmuşdur.

Ömrünün 40 ilini orduya sərf etmiş, 7 orden və 25-dən çox medalla təltif olunmuşdur. İkinci dünya müharibəsi illərində Cənubi Qafqaz uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibədən sonrakı illərdə polk komandiri, diviziya komandirinin müavini və komandiri vəzifələrində işləmişdir. Vaxtilə Naxçıvanskinin komandir olduğu diviziyada xidmət etmişdir.

Azərbaycan SSR Ali Sovetinin deputatı, Ağsaqqallar Şurasının sədri olmuşdur.


Tarix: 06.02.2015 / 16:49 Müəllif: Feriska Baxılıb: 97 Bölmə: Qərbi Azərbaycan
loading...