Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vaqif Qələndər

Həyatı
Vaqif Məhərrəm oğlu Qələndərli 1969-cu ildə Ulu Göyçə mahalının Toxluca kəndində həkim ailəsində anadan olmuşdur. Atası Məhərrəm dərin bilikli və bacarıqlı bir həkim, müdrik bir ağsaqqal kimi elin-obanın hörmətini qazanmışdır.

Vaqif orta məktəbi qızıl medalla qurtarmış, bir imtahan verərək "əla" almış və Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsinə qəbul olmuşdur. Tibb Universitetində Hacı Zeynalabdin Tağıyev mükafatı ilə oxumuş və 1992-ci ildə Azərbaycanda olmayan ixtisaslar üzrə təhsil almaq üçün müsabiqə yolu ilə Türkiyəyə göndərilmişdir.

Universiteti bitirdikdən sonra Vaqif Qələndərliyə məşhur ÇARA xəstəxanasında qalıb işləmək təklif olunmuşdur.

Vaqif doktoranturada apardığı elmi araşdırmaları, plastik və rekonstruktiv cərrayhiyyəyə təqdim etdiyi 7 yeni metodu maraq doğurduğundan Dünya Plastik Cərrahiyyə Konqresinə dəvət almışdır. Həmin elmi kəşfə görə Beynəlxalq Cərrahiyyə Konqresinin I dərəcəli diplomunu və özəl mükafatına sahib olmuşdur.

Vaqif Qələndər 1990-cı ilin yay günlərindən birində Türkiyənin televiziya kanalları, nüfuzlu qəzetləri belə bir sensasiyalı xəbər yaydılar:

"Qolunu dəzgah qoparmış 28 yaşlı Mustafa Əkər adlı bir xəstəni məşhur xəstəxanaların heç biri qəbul etmədikdən sonra Çara xəstəxanasına gətirmişlər. Gənc həkim Vaqif Qələndərli bu ağır işi öz öhdəsinə götürmüş və 9 saat xəstə üzərində işləmiş, misilsiz, analoqu olmayan qələbə qazanmışdır".

Vaqif Qələndər indi İPRAS (ing. İnternational Plastik-Reconstruktiv Suergary Sosiety) kimi mötəbər beynəlxalq təşkilatda ən yüksək səviyyədə təmsil olunmaqdadır. O həmin təşkilatın İdarə Heyətinin üzvüdür.

Tibb elmləri doktoru V.Qələndərli hazırda respublikada yaratdığı "Qələndər Plastik və Rekonstruktiv Klinikası"nda çalışır.

Haqqında yazılanlar
Əli Vəkil, "Cərrah Vaqif möcüzəsi", Bakı:


Tarix: 05.02.2015 / 18:29 Müəllif: Feriska Baxılıb: 146 Bölmə: Qərbi Azərbaycan
loading...