Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vaqif Hümbətov

Həyatı
Hümbətov Vaqif Oruc oğlu 1948-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub. 1971-ci ildə indiki Gəncə Kənd Təsərrüfatı Akademiyasını bitirib.

1977-ci ildə doğma kəndində baş zootexnik, 1983-cü ildə isə sovxoz direktoru olub.

1987-ci ildə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda şöbə müdiri olub. Kənd təsərrüfatı elmləri namizədidir.

Hazirda “Abşeron” heyvandarlıq təcrübə stansiyasının elmi katibidir.

Doğma Aşağı Şorca ilə bağlı xeyli statistik və bir sıra digər tarixi məlumatları yaddaşında cəmləmişdir.


Tarix: 05.02.2015 / 18:28 Müəllif: Feriska Baxılıb: 55 Bölmə: Qərbi Azərbaycan
loading...