Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vaqif Abdullayev (II)

Həyatı
16 oktyabr 1956-cı il tarixdə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur.

1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi almışdır.

2007-ci ildə Azərbaycan Respubliksı Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı verilmişdir.

1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidenti İcra aparatının nəşri olan “Yurd” jurnalında şöbə müdiri, 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsində məsləhətçi vəzifəsində işləmişdir.İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

2007-2012-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Ailəlidir, 5 övladı var.

Elmi tədqiqatları
Heydər Əliyev və Azərbaycan diplomatiyası, neft strategiyası, milli şüur, siyasi mədəniyyətin təkmilləşdirilməsi problemlərinə həsr olunmuşdur.

Əsərləri
Əsərləri rus, ingilis, latış, gürcü, ukrain dillərinə tərcümə olunmuşdur.

Millət ideyası: siyasi aspekt-Bakı 1998
O, böyük siyasətə hazırdır-Bakı 1999
Azərbaycan yeni diplomatiya məkanında-Bakı 2000
Müstəqilliyimizin strategiyası-Bakı 2002
Sülh və sabitlik Prezidenti-Bakı 2004
Planetar təfəkkürlü lider-Bakı 2007


Tarix: 05.02.2015 / 18:28 Müəllif: Feriska Baxılıb: 65 Bölmə: Qərbi Azərbaycan
loading...