Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mənsur

Həyatı
Ələkbərov Mənsur Abbas oğlu 13 yanvar 1963-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Subatan kəndində doğulub. İbtidai təhsilini doğma kəndində alıb. Sonra təhsilini qonşu Kərkibaş kəndində davam etdirərək 1981-ci ildə həmin məktəbi bitirib.

1988-ci ildə Azərbaycan Dövlət Universitetinin "Kitabşünaslıq və nəşr işi" fakültəsinə daxil olub və təhsilini davam etdirməklə bərabər M.F.Axundov adına dövlət kitabxanasında Elmi-metodiki şöbədə redaktor, baş redaktor vəzifələrində çalışıb.

1993-cü ildə həmin fakültəni Poliqrafiya ixtisası üzrə başa vurub. Onlarca elmi-metodiki tövsiyələrin müəllifi olub, bir sıra bibloqrafik göstəricilərə redaktorluq etmişdir. Onun həmçinin yerlərdə kitabxana işinin təşkili və xidmət işinin həyata keçirilməsində əməyi olmuşdur.

1997-ci ildən Azərbaycan Tibb Universitetinin mətbu orqanı olan "Təbib" qəzetində məsul katib işləyir.

Bu illər ərzində yüzlərlə ədəbi-publisistik məqalələri, bədii yazıları, şeirləri dövrü mətbuatda işıq üzü görüb, onlara kitaba redaktorluq etmişdir.

Kitabları
"Bu dünya mən görəndimi" (şeirlər və poema), Bakı, "Nurlan", 2004. 176 səh., 500 nüsxə.
"Eldar İsmayıl-biblioqrafiya" Bakı, "Nurlan", 2005. 176 səh., 500 nüsxə.


Tarix: 05.02.2015 / 17:48 Müəllif: Feriska Baxılıb: 150 Bölmə: Qərbi Azərbaycan
loading...