Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məleykə Rzayeva

Rzayeva Məleykə Mahmud qızı — Bakı Dövlət Universitetinin Elmi-Tədqiqat Hissəsində kiçik elmi işçi

Həyatı
Rzayeva Məleykə Mahmud qızı 14 iyul 1968-ci ildə Göyçə mahalında anadan olub. Azərbaycanlıdır.

1975-1985-ci ildə Xırdalan 3 saylı orta məktəbi bitirmişdir.

1993-cü ildə Azərbaycan Dövlət Universitetinin Kitabxana-informasiya fakültəsinin qiyabi şöbəsini bitirib.

1986-cı ildə Maarif Nazirliyində katibə-makinaçı vəzifəsində işləmişdir.

1988-ci ildən Bakı Dövlət Universitetinin Elmi-Tədqiqat Hissəsində kiçik elmi işçi vəzifəsində çalışır.

Dil və ədəbiyyat sahəsində tədqiqatlar aparır.

Ailəlidir, iki övladı var.

Seçilmiş əsərləri
1. "Aşıq şənliyinin dil və bədii sənətkarlıq xüsusiyyətləri". Dil və ədəbiyyat jurnalı, 2003, s. 108.
2. "Abşeron yarımadasının ekologiyasına bioloji kimyəvi və coğrafi amillərin təsiri". “Coğrafiya elminin müasir problemləri” mövzusunda beynəlxalq elmi konfransın materialları, 2008, s. 5. Bakı, Azərbaycan.


Tarix: 05.02.2015 / 17:47 Müəllif: Feriska Baxılıb: 53 Bölmə: Qərbi Azərbaycan
loading...