Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əli (Alyoşa) Bayramov

Həyatı
15 mart 1934-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunda dünyaya göz açmışdır. Anasını və atasını hələ uşaq ikən itirən Əli 3-cü sinifi bitirdikdən sonra təhsilini Eksterni imtahan verib 7-ci sinifə qəbul olundu. 1950-ci ildə Xanlar pedaqoji texnikumunu fərqlənmə diplomu ilə bitirdi. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, bu ali məktəbi də fərqlənmə diplomu ilə başa vurdu.
Fəaliyyəti
Qəlbən bağlandığı müəllimlik peşəsini hər şeydən üstün tutub doğma rayonuna qayıtdı, ömrünü bu püşəyə həsr etdi. 1956-cı ildən 1988-ci ilədək Balıqlı kəndində məktəb direktoru işlədi. Ermənistanda yaşayan 200-mindən çox soydaşı kimi onun da bəxtinə qaçqınlıq düşdü . Bakıya köçməli oldu. Dağların, yaylaqların, sərin bulaqların və qoyub gəldiyi torpağın həsrətinə və eyni zamanda Qarabağ müharibəsi, 1990-cı ilin 20-yanvar hadisələriniə zərif və həssas ürəyi dözmədi. 1991-ci ildə dünyasını dəyişdi. Allah rəhmət eləsin.Amin
Əli Bayramov pedaqoji fəaliyyəti ilə yanaşı bədii yaradıcılıqla da məşğul olurdu. Onun yüzlərlə şer və hekayələri, publisistik məqalələri, oçerkləri mətbuat səhifələrində çap olunurdu. Amasiyada gənc istedadların bədii yaradıcılığını inkişaf etdirmək məqsədi güdən “Ağbaba” ədəbi birliyinə rəhbərlik edirdi.
Ailəsi
Əli müəllim gözəl insan olmaqla yanaşı həm də qayğıkeş ailə başçısı idi. Yeddi övlad böyüdürdü. ( Sabir, Cəmilə, İlqar, Qəzənfər, Nəzakət, Ramiz, Kənan)
Sabir - həkim, Tibb elmləri namizədi.
Cəmilə - Ali təhsilli pedaqoq.
Qəzənfər - hüquqşünas.
İlqar - Xalq Təsərüffatı İnstitutunu bitirmişdir.
Əfsuslar olsun ki, amansız ölüm Əli müəllimə imkan vermədi ki, övladlarının bu gününü görsün. Yazılmamış neçə neçə şer və hekayələri ürəyində, tamamlanmamışları isə stolunun üstündə qaldı.


Tarix: 05.02.2015 / 16:11 Müəllif: Feriska Baxılıb: 113 Bölmə: Qərbi Azərbaycan
loading...