Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mirzə Allahverdiyev - Elmi fəliyyəti

Elmi fəliyyəti
Kükürd üzvi birləşmələr içərisində çox az tədqiq edilmiş üç və dörd üzvlü heterosikliklərin tiran və tietanların sintez üsulları işlənib hazırlanmış, onların nuklefil və elektrofil reagentlərlə qarşılıqlı reaksiyası sistemli tədqiq edilmiş, birləşmələrin quruluşu ilə onların yeyilmə, siyrilmə, antioksidləşdirici, bioloji fəallığı arasında olan qanunauyğunluqları öyrənilmiş, ilk dəfə olaraq funksionaləvəzli tiiranların, tietanların, ditianların: sultonların, tetrahidrotiazınlərın sintez üsulunu işləyib hazırlamışdır. Bəzi nəzəri mülahizələrə əsasən indiyədək tədqiq edilməmiş tiiran və tietanların transmissiya yağlarında yeyilmə və siyrilmə aşqarı kimi sinaqdan keçmiş və onların quruluşu ilə funksional xassələri arasındakı qanunauyğunluqlar əsasında optimal quruluşda yeni sinif yeyilmə və siyrilmə aşkarlarının sintezinin elmi əsaslarını işləyib hazırlamışdır. Bütün bunlar daha səmərəli yeyilmə və siyrilmə aşqarlarının yaradılmasının proqnozlaşdırılmasına zəmin yaratmışdır.

Təhsili, elmi dərəcə və elmi adları
1965-1970, tələbə, «Kimya fakültəsi», BDU, 1974, k.e.n., «Üzvi kimya», AMEA AKİ, 1990 k.e.d., «Üzvi kimya» AMEA AKİ.

Əmək fəaliyyəti
1970-1987 – baş laborant, mühəndis, k.e.i., b.e.i., AMEA AKİ, 1987-ci ildən laboratoriya müdiri, AMEA AKİ, 2000-ci ildən BDU-nun «Üzvi kimya» kafedrasının professoru, BDU, 2000-ci ildən laboratoriya müdiri AMEA AKİ.


Tarix: 05.02.2015 / 15:39 Müəllif: Feriska Baxılıb: 32 Bölmə: Qərbi Azərbaycan
loading...