Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əhmədov Əsəd Cəlal oğlu
Əhmədov Əsəd Cəlal oğlu

15 iyul 1970-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olmuşdur. Doğma kənddə orta məktəbi bitirdikdən sonra Bakıdakı 5 saylı texniki-peşə məktəbində oxumuşdur. 1989-cu ildə Almaniya tank qoşunlarında qulluğa başlamışdır. 1992-ci ilin martında Milli Ordu sıralarında hərbi xidmətə getdi. O, Şuşa rayonunun Zarıslı, Salatınkənd, Turşsu məntəqələrində, Laçın ətrafında, Ağdam rayonunun Şelli, Abdal, Gülablı, Güllücə, Papravənd, Naxçıvanik kəndləri uğrunda döyüşlərdə iştirak etmişdir. O, 1992-cı il iyulun 31-də Papravənd kəndi ətrafında döyüşdə qəhrəmancasına həlak olmuşdur.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Əsəd Cəlal oğlu Əhmədova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Bakı şəhəri Yasamal rayonundakı küçələrdən biri qəhrəmanın adını aşıyır.


Tarix: 09.06.2015 / 14:16 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Qəhramanlar
loading...