Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çobanov Şamoy Məhyəddin oğlu
Çobanov Şamoy Məhyəddin oğlu

19 yanvar 1965-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1982-ci ildə 1 saylı məktəbi bitirdikdən sonra avtonəqliyyat müəssəsində işləmişdir. Şamoy 1983-cü ildə Sovet ordu sıralarına hərbi xidmətə çağırılır. 1985-ci ildə ordudan tərxis olunur. 1989-cu ildə Qazax rayon polis şöbəsinə işə qəbul olunur, o zamanlar erməni quldurlarının Xeyrimli, Yuxarı Əskipara, Bağanis Ayrım kəndlərinə hücumları ara vermirdi. 19 avqust 1990-cı il Yuxarı Əskipara kəndinə gedən avtobusu Şamoy müşayiət edirdi. “Qanlı dərə” adlanan yerdə erməni silahlıları avtobusa qəfil hücum edirlər. Şamoy döyüşə girir düşmən geri oturulsada sərnişinlərdən ölən və yaralananlar var idi. Həmin döyüşdə Qazax eli bir igidi də itirdi bu kənd camatının hörmətini qazanmış vətənpərvər polis əməkdaşı Çobanov Şamoy idi...

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Çobanov Şamoy məhyəddin oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Ağköynək kəndində dəfn edilmişdir.

Ağköynək kənd məktəbi onun adını daşıyır.


Tarix: 09.06.2015 / 14:16 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Qəhramanlar
loading...