Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aslanov Şikar Davud oğlu
Aslanov Şikar Davud oğlu

1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulmuşdur. İlk təhsilini burada alan Şikar 1987-ci ildə məktəbi bitir. 1988-ci ildə Sovet ordusuna hərbi xidmətə çağırılır 1990-da doğma vətənə dönərək DİN-in post patrul xidmətinə qəbul olunur. Erməni işğalçılarının vətənə basqını zamanı Şikar silaha sarılaraq cəbhəyə yollanır. 1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini peşəkarcasına susdurur. 1992-ci il iyul ayının 2-si əməliyyat zamanı Şikar snayper gülləsinə tuş gəlir, cəsur döyüşçünü hospitala çatdırsalarda onun həyatını xilas etmək mümkün olmur, vətənimizin igid oğlu əbədi olaraq gözlərini yumur.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Aslanov Şikar Davud oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Doğulduğu Süleymanlı kəndində dəfn edilmişdir.


Tarix: 09.06.2015 / 13:55 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Qəhramanlar
loading...