Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abbasov Mehdi Yusif oğlu
Abbasov Mehdi Yusif oğlu

1960-cı il yanvar ayının 1-də Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olmuşdur. Mehdi 1991-ci il iyun ayının 28-də DİN-nin sərəncamına göndərilib. O, burada baş leytenant rütbəsində rota komandiri kimi DİN-nin XTMD-ndə xidmətə başladı. Abbasov Mehdi göstərdiyi şücaətə görə `Mixaylo` ləqəbini qazanmışdı. DİN-nin mükafatlarına layiq görülmüşdür. Mixaylonun son döyüşü 13 yanvar 1992-ci ildə oldu. Məlikcan postu ətrafında qızğın döyüşlər gedirdi, Mehdi həmişə olduğu kimi ön sırada vuruşurdu. Bu döyüşdə snayper gülləsi onu başından ağır yaraladı. Həmin gün o əbədi olaraq gözlərini yumdu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə baş leytenant Abbasov Mehdi yusif oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir.


Tarix: 09.06.2015 / 13:50 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Qəhramanlar
loading...