Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kumran əlyazmaları

Kumran əlyazmaları və ya Ölü dəniz perqamentləri — İudeya səhrasında yerləşən Kumran, vadi Murabbaat, Xirbət-Mird və digər mağaralarda, həmçinin Masada qalasında 1946-1956-cı illərdə tapılmış 972 mətndən ibarət manuskriptlərin ümumi adı. Həmin dövrdə Britaniya mandatı altında olan bu ərazilər hal-hazırda Qərb sahili adını daşıyır və 1967-ci ildən İsrail işğalı altındadır. Radiokarbon analizi nəticəsində bu əlyazmaların e.ə.408-ci ildən eramızın 318-ci ilinədək olan dövrü əhatə etdikləri müəyyən edilmişdir. Hazırda bu əlyazmalar Qüdsdəki İsrail muzeyinin "Kitab məbədi" adlı bölməsində saxlanılır.

Mətnlər ivrit, arami, yunan və nəbati dillərində, əksəriyyəti perqament üzrərində, kiçik bir hissəsi isə papirus və tunc üzərində yazılmışdır.


Tarix: 16.02.2015 / 14:37 Müəllif: Feriska Baxılıb: 63 Bölmə: Qədim dünya tarixi
loading...