Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Geyimlərin uzunömürlü olması üçün nə etmək lazımdır?

Böyük miqdarda pul ödəyib aldığınız geyimlərin rənginin solmamasını istəyirsinizsə diqqətli olun. Mütəxəssislərin verdiyi məsləhətlərdən yararlansanız həm geyimləriniz daha uzun ömürlü olar, həm də rəngini tez itirməz.

Paltarları yuyarkən tünd rəngli olanları birlikdə yuyun, digər geyimlərə rəngi keçməsin deyə cinsləri tərs çevirib tün rəngli paltarlarla birlikdə yuyun. Şalvarları heç vaxt sürtməyin. Ümumiyyətlə, bütün geyimlərinizi tərs çevirərək yuyun və asaraq qurudun. Əgər yun paltarları yumaq istəyirsinizsə o zaman yun parçalara üçün nəzərdə tutulmuş şampunlardan istifadə edin. Bu üsulu ipək parçalar üçün də istifadə edin.

Suya daha çox davamlı olan geyimlər paltaryuyan maşında yuyularkən öz formasını da itirməz. Kəmərli geyimləri yumazdan öncə çıxarmağınız məsləhətdir.

Ütüləmək zamanı diqqət yetirməniz vacib olan məqamlar:
Geyimlərinizdə olan naxışları ütüləməyin.
Pambıq parçadan olan geyimlərinizi həm ütüləyə, həm də paltarqurudan maşında quruda bilərsiniz.
Geyimlərinizi tərsinə çevirərək ütüləyin.

Manto və paltorınızı ayrıca yuyun və onları paltarqurudan maşında yox, asaraq qurudun.


Tarix: 28.12.2012 / 17:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 272 Bölmə: Praktik meslehetler
loading...